SAF - 2023

4 – 8 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalı baş tutub. Festivalın açılışında elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak edir.

SAF 2023 Festivalının keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə beynəlxalq səviyyədə təşkil olunan SAF 2023 – də  ümumilikdə 12 yarış, 15 yaş kateqoriyası üzrə, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında nümayiş olunmuşdur.

Festivalın final mərhələsində 11 ölkə təmsil olunmuşdur. Final mərhələsində ümumilikdə 868 yerli, 159 xarici iştirakçı yarışmışdır.

Məktəbin 7f sinif şagirdi Vaqif Şirinli təqdim etdiyi layihə üzrə ikinci yerin qalibi olmuşdur.

Vaqif Şirinli məktəb rəhbərliyi, müəllimlər və sinif yoldaşları tərəfindən alqışlarla qarşılandı və təşəkkürnamə ilə təltif olundu. O təqdim etdiyi layihə haqqında sinif yoldaşlarına məlumat verdi .

Məktəbin şagirdini təbrik edir, uğurlar arzu edirik!

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi