Yaddaşlarda qalan ömür

Dekabrın 12 – də məktəb rəhbərliyinin, müəllimlərin və şagirdlərin iştirakı ilə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə “Yaddaşlarda qalan ömür” adlı ümumməktəb tədbiri keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin və dünya şöhrətli siyasətçı Heydər Əliyevin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Ulu Öndərin Anım Günü münasibətilə məktəbin şagirdləri müdrik liderin xatirəsinə həsr edilmiş şeirlər, mahnılar səsləndirdi.  Məktəbin tarix müəllimi Rəhilə Heydərli tədbiri giriş sözü ilə açaraq Ulu Öndərin Azərbaycan dövlətçiliyi tarixindəki misilsiz xidmətlərini iştirakçıların diqqətinə çatdırdı. Heydər Əliyevin bütün həyatını xalqına, onun rifahına, çiçəklənməsi və dünya dövlətləri arasında nüfuzlu yer tutmasına həsr etmiş dahi və əvəzolunmaz şəxsiyyət, qüdrətli siyasi xadim olduğunu qeyd etdi.

Sonda məktəbin direktoru Sevinc Musayeva çıxış edərək, Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış Heydər Əliyev tarixdə əbədi olaraq yaşayacağını, əziz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcəyəni vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi