Şahmat turniri – I yer

Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi Gənclər Evində “10 Dekabr – Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü”nə həsr olunmuş şahmat üzrə Binəqədi rayon turniri keçirilib.   

Məktəblilərin böyük marağına səbəb olan turnirdə 24 oğlan və 16 qız olmaqla ümümilikdə 40 idmançı qalib olmaq uğurunda mübarizə aparıb. Turnirin nəticəsinə əsasən məktəbin komandası böyük əkmkarlıq nümayiş etdirərək birinci yerin sahibi olmuşlar.

Qaliblərin mükafatlandırılma mərasimində BŞGİİ-nin Binəqədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Namiq Tarverdiyev iştirak edib.

Məktəbin qalib komandasını təbrik edir, hər zaman qalib olmalarını arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi