Heydər xalqım deyəcək, xalq – Heydər söyləyəcək!
Dekabrın 11 – də məktəb rəhbərliyinin iştirakı ilə məktəbin ibtidai sinif müəllimi Rəfiqə Əliyevanın 2a sinfində “Heydər xalqım deyəcək, xalq – Heydər söyləyəcək!” başlığı altında – anım günü keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən videoçarxlar nümayiş etdirildi.
Şagirdlər tərəfindən Ümummilli liderə aid şeirlər, ona xas olan müdrik kəlamlar, aforizmlər söylənildi.
Məktəb rəhbərliyi öz çıxışında sinif müəllimi Rəfiqə Əliyevaya və balaca fidanlara təşəkkür edərək, Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir” – müdrik kəlamı uşaqlara olan məhəbbətinin təzahüri olduğunu qeyd etdi.