Hörmət ehtiramla yad edirik!

 Dekabrın 8 – də məktəb rəhbərliyinin iştirakı, məktəbin rus bölməsinin ibtidai sinif müəllimi Nailə Mahmudovanın təşkilatçılığı ilə 3d sinfində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Hörmət ehtiramla yad edirik!” adlı bədii kompozisiya keçirildi. Kompozisiya Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ulu öndərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə davam etdirildi.

Tədbirdə şagirdlərin təqdimatında Ümummilli liderin həyat və yaradıcılığından bəhs olundu, ona ithaf olunan şeirlər səsləndirildi. Şagirdlər dünya şöhrətli alim,  lider və yazıçıların Ulu öndər haqqında dedikləri fikirləri yüksək qürur hissi ilə söylədilər. Ulu öndərin öz ifasındakı sevdiyi mahnılar hər kəsin alqışları ilə qarşılandı.

Məktəb rəhbərliyi Nailə Mahmudovaya və şagirdlərə öz təşəkkürünü bildirərək, Heydər Əliyevin dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan olduğunu, onun öz həyatını doğma xalqına həsr etməsini söylədi. Ümummilli liderin xalqa ləyaqətlə, sədaqətlə xidmət edərək bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə apardığını qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi