Ümummilli liderin anım gününə həsr olunmuş dərs

Dekabrın 8 – də məktəbin rus bölməsinin tarix müəllimi Təranə Məcidovanın təşkilatçılığı ilə 9d sinfində Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş açıq dərsi keçirilmişdir. Dərs Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən təqdimatla davam etdirildi.

Şagirdlər dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdilər. 4ç sinif şagirdi Nuray Şamızadə təntənəli şeir çıxışı ilə hamını valeh etdi.

Fənn müəllimi Təranə Məcidova öz çıxışında: “Heydər Əliyev barəsində söz demək,  xüsusilə milli təhsilimiz  haqqında, onun inkişafı haqqında fikir  demək həm şərəfli, fərəhli, həm də  çox məsuliyyətlidir. Təhsilimizin bu günü və sabahı Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” ideyası məhz bu günümüz və sabahımıza yönəlmişdir.” fikirlərini söylədi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi