“Breyn rinq” intellektual oyun
Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq noyabrın 29 – da məktəb rəhbərliyinin iştirakı ilə məktəbin rus bölməsinin müəllimi Zərifə Aslanovanın təşkilatçılığı ilə 7d sinif şagirdləri ilə “Breyn rinq” intellektual oyun təşkil olundu.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Zərifə Aslanova komandaları salamlayaraq ümummilli lider Heydər Əliyevin gənclərə verdiyi dəyər və imkanlardan danışdı. Onun savadlı və güclü gənclərin yetişdirilməsində boyuk rolu olduğunu qeyd etdi.
Daha sonra püşkatma keçirildi. Püşkatmadan sonra “Kometa”, “Devyat jizni” və “Lyudi v Çyornom” komandalarına "Breyn rinq" intellektual oyununun qaydaları izah edildi və start verildi.
Maraqlı mübarizə şəraitində keçən “Breyn rinq” intellektual oyununun sonunda “Devyat jizni” komandası qalib gəldi.
Sonda çıxış edən məktəb rəhbərliyi təşkilatçılara öz təşəkkürünü bildirdi, qalib komandanı təbrik etdi.
Qalib komandaməktəb rəhbərliyi tərəfindən diplomla təltif olundu.