Payız məktəbi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə valideynlər üçün “Payız məktəbi” təkil olunmuşdur.

Payız tətili günlərində keçirilən “Payız məktəbi”nin əsas məqsədi uşaqlarla yaş dövrünə uyğun davranışla bağlı valideynləri maarifləndirmək, şagirdlərin asudə vaxtının səmərəli təşkili istiqamətində müvafiq tövsiyələr vermək, şagirdlərin təhsil nailiyyətlərinin artırılması baxımından məktəb – valideyn əməkdaşlığını müzakirə etmək, qarşıya qoyulan hədəflərlə bağlı valideynləri məlumatlandırmaq, həmçinin məktəb – valideyn münasibətlərini təkmilləşdirmək, effektiv məktəb mühitini formalaşdırmaq, müəllimin və məktəbin nüfuzunun artırılmasına nail olmaqdan ibarətdir.

“Payız məktəbi”ndə məktəb rəhbərliyi, məktəbin psixoloqu, müəllimlər, valideynlər (evdə təhsilə cəlb olunan şagirdlərin valideynləri) və şagirdlər iştirak edirdilər.

Valideynlər məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət guşə, məktəb kitabxanası, Şəhidlərin adını daşıyan sinif otaqlarıilə, STEAM otaqları ilə tanış oldular.  Sonra “Payız məktəbi” ilə bağlı təşkil olunmuş tədbir məktəbin akt zalında Dövlət Himninin səsləndirilməsi ilə başlandı, istedadlı uşaqların təqdimatında şeir, musiqi alətlərinda ifa və kompozisiyalar  ilə davam etdirildi.

Məktəbin direktoru Sevinc Musayeva payız tətili günlərində keçirilən “Payız məktəbi” haqqında,  eyni zamanda valideynlərə məktəb, şagird və valideyn əməkdaşlığının səmərəli təşkili ilə bağlı müvafiq tövsiyələr verdi.

“Payız məktəbi” davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi