Məktəbin şagirdləri 9 – cu Beynəlxalq Kitab Sərgisində

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11 – 15 noyabr 2023 – cü il tarixində Bakı Ekspo Mərkəzində 9 – cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçirilmişdir. Sərgi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur.

Sərgidə 11 ölkədən 31 xarici təşkilat, 131 yerli nəşriyyat – poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak etmişdir.

Sərgidə Azərbaycanın xalq yazıçıları, şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar iştirak edəcəklər. Eyni zamanda uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil edilmişdir.

Məktəbin 9a və 9c sinif şagirdlərinin sinif rəhbərləri Aytən Məmmədova, Aida Həsənovanın təşkilatçılığı ilə sərgiyə ekskursiyası təşkil olunmuşdur. Şagirdlər Günel Əsgərovanın “Leyli və balaca adamın sirri” kitabının təqdimat mərasimində iştirak etdilər. Müəllifi böyük həvəs və maraqla dinlədilər, suallar yönləndirdilər.

Şagirdlər sərgidən yüksək təəsüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi