Zəfər tariximiz
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021 – ci il tarixli F – 191 nömrəli əmrinə əlavənin icrasını təmin etmək məqsədilə “27 Sentyabr Anım Günü” və “8 Noyabr Zəfər Günü” ilə bağlı müvafiq Tədbirlər Planı hazırlanmışdır.
Tədbirlər Planına müvafiq olaraq məktəbin rus bölməsinin ibtidai isinf müəllimi Günay əşrəfovanın təkilatçılığı ilə 4e sinfində “Zəfər tariximiz” adlı açıq dərsi dinlənildi.
Dərsdə məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor köməkçisi Sevda Rzayeva, müəllimlər və valideynlər iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edildi.
Şagirdlər dərs zamanı böyük həvəslə və qürurla 2020 – ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun “Dəmir yumruq” adlandırılan əks – hücum əməliyyatına başlaması haqqında çıxışlar etdilər. Onlar qrup işləri zamanı 44 günlük Zəfər taixinin unudulmaz qəhrəmanları haqqında topladıqları informasiyaları təqdim etdilər.
Sevda Rzayeva öz çıxışında 44 gün davam edən Vətən müharibəsinin xalqımıza otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Şanlı Zəfər qazandırdığını qeyd etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm qalibiyyətimizin Zəfər tariximizə qızıl hərflərlə yazılmağı haqqında şagirdlərə məlumat verdi.
Videoşarx vasitəsilə Vətən müharibəsinin həlledici məqamlarına, rəşadətli ordumuzun qəhrəmanlıq nümunələrinə, böyük qələbəni təmin edən amillərə nəzər salındı.