Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021 – ci il tarixli F – 191 nömrəli əmrinə əlavənin icrasını təmin etmək məqsədilə “27 Sentyabr Anım Günü” və “8 Noyabr Zəfər Günü” ilə bağlı müvafiq Tədbirlər Planı hazırlanmışdır.
Tədbirlər Planına müvafiq olaraq noyabrın 7 – də məktəbin rus bölməsinin ibtidai sinif müəllimi Nailə Mahmudovanın təşkilatçılığı ilə 3d sinfində “Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!” adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan Nailə Mahmudova öz çıxışında ““Qarabağ Azərbaycandır və nida işarəsi!” Hər şey bu cümlə ilə başladı... İşğalın, zülmün, ədalətsizliyin bitdiyi, qələbə və zəfər dolu 44 əzəmətli gün...” Qarabağ savaşının yeni mərhələsində bu tarixi şüarla başlayan yol noyabrın 8 – də qələbə ilə yekunlaşdı. Bütün azərbaycanlıların xəyalları, arzularında olan Qarabağ öz həqiqi sahibinə qovuşdu. Böyük qələbə... Elə bir qələbə ki, Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı.” söylədi.
“Əsgər anası” səhnəciyi – yeganə oğlunu əsgərliyə yola salan Ana obrazı iştirakçıların hər birini duyğulandırdı. Şagirdlər vətənpərvərlik mövzusunda olan “Biz Qarabağda oyanmaq istəyirik” şeirini Azərbaycan, rus və ingilis dilində məharətlə söylədilər.
Məktəbin direktoru Sevinc Musayeva tədbir təşkilatçılarına öz minnətdarlığını bildirərək, 44 günlük Vətən müharibəsi, qələbə ilə nəticələnməsini qeyd etdi. Bununla da, Azərbaycanın ilk dəfə Zəfər bayramını qeyd etməyə başladığını və artıq üçüncü ildir ki, Zəfər Gününü qeyd etdiyimizi hər kəsin diqqətinə çatdırdı. Hər il Zəfər Günü bizim yadaşımızda müxtəlif hadisələrlə qaldığını, qələbədən sonra bir dəfə qələbə paradının Bakıda qeyd edilməsini, budəfəki paradın Azərbaycanın tarixi şəhərlərindən biri olan və uzunmüddət erməni işğalı altında qalmış Xankəndidə keçiriləcəyini fəxr və qürur hissi ilə söylədi.
Nailə Mahmudovanın musiqi alətində şagirdlərlə birgə “Azərbaycanım” mahınısının ifasısı hər kəsin marağına səbəb oldu.
Tədbir “Zəfər” mahnısının sədaları altında şagirdlərin rəqsi ilə yekunlaşdı.