Şəhidlər xatirələrdə əbədi yaşayırlar
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021 – ci il tarixli F – 191 nömrəli əmrinə əlavənin icrasını təmin etmək məqsədilə “27 Sentyabr Anım Günü” və “8 Noyabr Zəfər Günü” ilə bağlı müvafiq Tədbirlər Planı hazırlanmışdır.
Tədbirlər Planına müvafiq olaraq noyabrın 5 – də məktəb rəhbərliyinin və bir qrp müəllimin təşkilatçılığı ilə şəhid məzun Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi Rəşad Ağayev, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi Tural Zeynalovun ailəsi ziyarət edilmişdir.
Şəhidin ailə üzvləri ilə həmsöhbət olan məktəb rəhbərliyi 44 günlük Vətən müharibəsində şəhid olan Rəşad Ağayevin, Tural Zeynalovun əziz xatirəsini yad edib, xalqın şəhidlərimizlə qürur duyduğunu diqqətə çatdırdı. Ailə üzvlər hər iki şəhidin keçdiyi döyüş yolundan, 44 günlük Vətən müharibəsi dövründə işğal altında olan torpaqlarımızın azad olunması uğrunda göstərdikləri şücaət və qəhrəmanlıqlardan danışdılar, xatirələrini bölüşdülər.