Zəfər Günün mübarək, Azərbaycan!
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021 – ci il tarixli F – 191 nömrəli əmrinə əlavənin icrasını təmin etmək məqsədilə “27 Sentyabr Anım Günü” və “8 Noyabr Zəfər Günü” ilə bağlı müvafiq Tədbirlər Planı hazırlanmışdır.
Tədbirlər Planına müvafiq olaraq noyabrın 6 – da məktəbin ibtidai sinif müəllimi İlahə İbrahimovanın 3e sinif şagirdləri ilə “Zəfər Günün mübarək, Azərbaycan!” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edidi. İlahə İbrahimova iştirakçıları salamlayaraq, tədbiri açıq elan etdi.
Şagirdlər Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını qürur və iftixar hissi ilə dinləyicilərə söylədilər. İştirakçıların vətənpərvərlik ruhunda söylədiyi şeirlər, səsləndirdikləri mahnılar, təqdim etdikləri səhnəciklər dinlənildi
Məktəbin direktoru Sevinc Musayeva öz çıxışında 44 gün davam edən və ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyi qeyd etdi. Bildirdi ki, 8 Noyabr Zəfəri Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, əsgər və zabitlərimizin rəşadətinin, qəhrəman şəhidlərimizin fədakarlığının nəticəsidir.
Tədbir “Yaşasın Qalib Azərbaycan xalqı!”, “Vətən var olsun” şüarlarının səsləndirilməsi ilə başa çatdı.