Əsrin qələbəsi

Noyabrın 4 – də məktəbdə Şanlı zəfər günü və məktəbin 35 illik yubileyi münasibətilə “Əsrin qələbəsi” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, məktəbin təqaüdçü müəllimləri, qabaqcıl məzunları: Təlimə Dəstək Mərkəzinin direktoru Minarə Fərzəliyeva, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Azxəbər" İnformasiya portalının baş redaktoru Hacıbəy Heydərli, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Atəş Şahverdiyev, "Yüksəliş" müsabiqəsinin finalçısı, Azərbaycan Dəmir Yolları  Qapalı Səhmdar Cəmiyyətinin müşaviri Elçin Niyazov, şəhid məzun  Rəşad Ağayevin atası Rövşən Ağayev, Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi, birinci dərəcəli dövlət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi Ruhin Xəlilovun ailə üzvləri, qazi məzunlar,  müəllimlər, valideynlər və şagirdlər iştirak etdi.

Tədbir İkinci Qarabağ müharibəsinin şəhidi Ruhin Xəlilovun adına sinif otağının açılışı ilə başladı. Açılışda məktəb rəhbərliyi, məktəbin məzunları, qazi məzunlar iştirak etdilər. Ailə üzvləri şəhid Ruhin Xəlilovun keçdiyi döyüş yolundan danışdılar, onun haqqında xatirələrini bölüşdülər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə davam etdi. Məktəbin direktoru Sevinc Musayeva qonaqları salamlayaraq, tədbiri açıq elan etdi. Məktəbin xor qrupunun bir – birindən gözəl ifaları alqışlarla qarşılandı. Şagirdlər dərin ehtiram və qürur hissi ilə şəhidlərimizə həsr olunmuş şeirlər ifa etdilər.

Məktəbin müəllim və məzunlarından alınmış müsahibədən hazırlanmış videoçarx iştirakçılar tərəfindən maraqla qarşılandı.

Tədbir məzunların, təqaüdçü müəllimlərin çıxışı ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi