Respublika Fənn Olimpiadaları – məktəb mərhələsi

Noyabrın 4 – də məktəbin VIII, IX, X, XI sinif şagirdləri arasında Respublika Fənn Olimpiadasının məktəb mərhələsi keçirildi. Respublika Fənn Olimpiadaları Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə ümumilikdə 8 fənn üzrə təşkil olunmuşdur.

Respublika Fənn Olimpiadalarının keçirilməsində əsas məqsəd fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması olmuşdur.

Məktəb mərhələsində yüksək nəticə göstərən şagirdlər Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsində iştirak edəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi