“Hərbi Qənimətlər Parkı”na ekskursiya
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021 – ci il tarixli F – 191 nömrəli əmrinə əlavənin icrasını təmin etmək məqsədilə “27 Sentyabr Anım Günü” və “8 Noyabr Zəfər Günü” ilə bağlı müvafiq Tədbirlər Planı hazırlanmışdır.
Tədbirlər Planına müvafiq olaraq oktyabrın 28 – də məktəbin ibtidai sinif müəllimi İlahə İbrahimovanın təşkilatçığı ilə 3e sinif şagirdləri Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunmuş “Hərbi Qənimətlər Parkı”na ekskursiya etdilər.
Şagirdlər şəhidlərimizin xatirəsinin əbədi yadigarı olan parkda İkinci Qarabağ müharibəsi qələbəsinin hərbi – texniki sübutlarını, müharibənin gedişini əks etdirən tabloları, Ermənistan Silahlı Qüvvələri qoşunlarının mum manikenləri, erməni bunkerlərində qalmış əşyaları çox maraqla seyr etdilər. Eyni zamanda Parkın ərazisindəki videozalda nümayiş etdirilən Azərbaycan Prezidenti İlham Əliyevin "Qələbə" tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr şagirdlər tərəfindən təkrar izlənildi.