Azərbaycan Hərb Tarixi Muzeyində
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021 – ci il tarixli F – 191 nömrəli əmrinə əlavənin icrasını təmin etmək məqsədilə “27 Sentyabr Anım Günü” və “8 Noyabr Zəfər Günü” ilə bağlı müvafiq Tədbirlər Planı hazırlanmışdır.
Tədbirlər Planına müvafiq olaraq oktyabrın 29 – da məktəbin ingilis dili müəllimləri Sevinc Xudiyeva, Almaz Həsənquliyevanın təşkilatçılığı ilə 6c və 5a sinif şagirdləri ilə Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya etdilər.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya zamanı şagirdlər muzeyin yaradılma tarixi haqqında informasiyalar əldə etdilər, müxtəlif tarixi dövrləri əhatə edən zallardakı(“Qədim və Erkən Orta Əsrlər dövrü”, “Xanlıqlar dövrü”, “1801-1918-ci illər”, “1918-1920-ci illər”, “1920-1939-cu illər”, “1939-1945-ci illər”, “1946-1991-ci illər”, “1992-2008-ci illər”, "44 günlük müharibə", “Heydər Əliyev və Ordu Quruculuğu”, “Quru Qoşunları”, “Hərbi Dəniz Qüvvələri”, “Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri”) ekspozisiyalarla tanış oldular.
Muzeydə nümayiş olunan tank, zirehli transportyor (BTR kimi tanınır) və piyadaların döyüş maşını (BMP), top, təyyarə, helikopter, Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinə aid müxtəlif hərbi texnikaları əyani şəkildə görmək şagirdlərin marağına səbəb oldu.