“Gənc ekoloqlar” dərnəyinin üzvləri "Uşaq hüquqları aylığı"nda
6 nömrəli Uşaq – Gənclər İnkişaf mərkəzinin müəllimi, məktəbin “Gənc ekoloqlar” dərnəyinin rəhbəri Lamiyə Musayevanın təşkilatçılığı ilə “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ilə əlaqədar olaraq ölkədə 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” çərçivəsində məşğələ saatı keçirilmişdir. Məktəbin yuxarı sinif şagirdlərindən təşkil olunan dərnəkdə şagirdlər böyük həvəslə iştirak etdlər.
“Uşaq təhsil hüququna malikdir, buna görə də dövlətin vəzifəsi pulsuz və icbari ibtidai təhsili təmin etməkdən, hər bir uşağın ala biləcəyi orta təhsil verilməsini həvəsləndirməkdən, bilik əsasında hamının ali təhsil almaq imkanını təmin etməkdən ibarətdir. Məktəb intizamına uşağın hüquqlarının nəzərə alınması və onun ləyaqətinə hörmət bəslənməsi şərti ilə təmin olunmalıdır. Təhsil uşağın şəxsiyyətinin, istedadının, əqli və fiziki bacarığının inkişaf etdirilməsi, insan hüquqlarına və əsas azadlıqlara, azad cəmiyyətdə sülh, dostluq, anlaşma, tolerantlıq və bərabərlik içində həyata, ətraf mühitə hörmət tərbiyə edilməsinə yönəldilməlidir.” dərnək rəhbəri Lamiyə Musayeva hər kəsin diqqətinə çatdırdı.