Monitorinq 1
Oktyabrın 30 – da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatına əsasən məktəbin VI və IX siniflərində Monitorinq 1 təşkil olundu. Eyni monitorinq materialları həm 6-cı siniflərə, həm də 9-cu siniflərə təqdim olundu. Monitorinqin keçirilməsində məqsəd 6 – cı siniflərin mövcud vəziyyətini, 9 – cu siniflərin isə 5 – 6 – cı sinif səviyyəsində olan problemlərini müəyyənləşdirməkdən ibarət olmuşdur.
Monitorinq 1 – də məktəbin həm Azərbaycan həm də rus bölməsi üzrə şagirdlərin iştirakı tam təmin olunmuşdur. Şagirdlər müvafiq zaman müddətində təqdim olunan sualları cavablandırdılar.