Konfrans keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021 – ci il tarixli F – 191 nömrəli əmrinə əlavənin icrasını təmin etmək məqsədilə “27 Sentyabr Anım Günü” və “8 Noyabr Zəfər Günü” ilə bağlı müvafiq Tədbirlər Planı hazırlanmışdır.

Tədbirlər Planına müvafiq olaraq oktyabrın 24 – də məktəb rəhbərliyinin, müəllimlərinin və şagirdlərin  iştirakı ilə məktəbin akt zalında “Zəfərin mübarək, Azərbaycan!” adlı konfrans keçirildi.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.  

Konfransı giriş sözü ilə açan məktəbin direktoru Sevinc Musayeva qeyd etdi ki, Azərbaycan xalqı düşmən üzərində tarixi qələbəsi ilə əsrin ilk şanlı qələbə tarixini yazdı. 44 gün davam edən Vətən müharibəsi tarixdə misli – bərabəri görünməyən haqq savaşı idi.

“Müharibələr itkisiz olmur. Bizim də itkilərimiz oldu. Lakin bu itkilər bizi ruhdan salmadı və ard – arda əldə edilən qələbələr xalqımızı öz Müzəffər Ali Baş Komandanına və onun yenilməz ordusunun şücaətinə inandırdı. Beləliklə, dövlət, ordu və xalqın birliyi sayəsində tarixi qələbəyə nail ola bildik.” – deyə Sevinc Musayeva vurğuladı.

Şagirdlərin təqdimatındakı kompozisiyalar, şeirlər konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Konfransda məruzə edən məktəbin tarix müəllimləri Rəhilə Heydərli, Əfsanə Abdıyeva xalqımızın mənfur düşmən üzərindəki tarixi qələbəsindən danışdılar. Azərbaycan xalqının qəhrəman xalq olaraq tarixi ədaləti bərpa etməsindən, erməni vandallarının təcavüzü nəticəsində itirilən torpaqlarımızın geri qaytarılmasından və bu işdə şərəf və ləyaqətlə döyüşən ordu və onun Ali Baş Komandanı İlham Əliyevin misilsiz xidmətlərini konfrans iştirakçılarının diqqətinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi