Azərbaycan dili fənni üzrə monitorinq
Oktyabrın 23 – də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tərəfindən məktəbdə Azərbaycan və rus bölməsi üzrə IV, VI, VII və VIII siniflərində Azərbaycan dili fənni üzrə yazılı monitorinq keçirildi.
Monitorinqin keçirilməsində əsas məqsəd dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib – anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarət olmuşdur. Şagirdlərə 16 tapşırıq təqdim olundu. Sualların cavablandırılması üçün 45 dəqiqə vaxt verilmişdir.
Şagirdlərin davamiyyəti tam təmin olunmuşdur. Şagirdlər tapşırıqları yerinə yetirdikdən sonra kitabçaları məsul şəxsə təqdim etdilər.