Xalqımıza zəfər yaraşır

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021 – ci il tarixli F – 191 nömrəli əmrinə əlavənin icrasını təmin etmək məqsədilə “27 Sentyabr Anım Günü” və “8 Noyabr Zəfər Günü” ilə bağlı müvafiq Tədbirlər Planı hazırlanmışdır.

Tədbirlər Planına müvafiq olaraq  məktəbin sinifdənxarıc və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Sevda Rzayevanın iştirakı, ibtidai sinif müəllimi Süleymanova Səfurənin  təşkilatçılığı ilə 2b sinfində “18 Oktyabr Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü”nə  həsr olunmuş “Xalqımıza zəfər yaraşır” adlı sinif təşkilat saatı keçirildi.

Təşkilat saatı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Səfurə Süleymanova 2022 – ci ilin 15 oktyabrında Milli Məclisin prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunun qəbul edilərək  “18 Oktyabr Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü” elan edilməsini şagirdlərin diqqətinə çatdırdı. Müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan daha çətin olduğunu qeyd etdi. Yetişməkdə olan gələcək nəsillərin torpaqlarımızı göz bəbəkləri kimi qorumağa borclu olduqlarını vurğuladı.

Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər, kompozisiyalar təqdim etdilər.

Sonda çıxış edən məktəbin sinifdənxarıc və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Sevda Rzayeva 2020-ci ildə 44 günlük Vətən Müharibəsində (İkinci Qarabağ Mühartibəsi) prezident, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyulduğunu, düşmənin Azərbaycan torpaqlarından qovulub çıxarıldığını, dövlətin ərazi bütövlüyü bərpa edildiyini söylədi.

Təşkilat saatı şagirdlərin “Azərbaycanın müstəqilliyi əbədidir!”, “Xalqımıza zəfər yaraşır!” şüarları ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi