“Tarixi qələbə” adlı təşkilat saatı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021 – ci il tarixli F – 191 nömrəli əmrinə əlavənin icrasını təmin etmək məqsədilə “27 Sentyabr Anım Günü” və “8 Noyabr Zəfər Günü” ilə bağlı müvafiq Tədbirlər Planı hazırlanmışdır.
Tədbirlər Planına müvafiq olaraq oktyabrın 16 – da məktəbin sinifdənxarıc və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Sevda Rzayevanın iştirakı, ibtidai sinif müəllimi Məryəm Hüseynovanın təşkilatçılığı ilə 4d sinfində “Tarixi qələbə” adlı təşkilat saatı keçirilmişdir.
Təşkilat saatı məktəbin həyətində şəhidlərin əziz xatirəsinə həsr edilmiş abidənin ziyarəti ilə başlandı. Məryəm Hüseynova sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini söylədi. Azərbaycan xalqının öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyini vurğuladı. Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirən Ali Baş Komandan və onun ətrafında “Dəmir Yumruq” kimi birləşən ordumuzun şücaət və qəhrəmanlıqlarından danışdı. Torpaqlarımızın azadlığı uğrunda öz canlarını fəda edən şəhidlərimizin hər zaman qürur mənbəyimiz olacağını hər kəsin diqqətinə çatdırdı.
Şagirdlər hazırladıqları kompozisiyaları, şeirləri söylədirlər.