Dastana dönən qəhrəmanlar

Sentyabrın 26 – da  məktəbin 8ç və 8d sinif şagirdlərinin iştirakı ilə “27 Sentyabr Anım Günü”nə həsr olunmuş “Dastana dönən qəhrəmanlar” adlı dəyirmi masa keçirildi. Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirildikdən sonra  və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şagirdlər hər kəsin yaddaşına əbədi həkk olan 44 Günlük Vətən müharibəsi haqqında hazırladıqları təqdimatları nümayiş etdilər. Bu Zəfəri bizə yaşadan şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində torpağa tökülən qanla tariximiz, şanlı qələbəmiz - 9 noyabr - təqvimimizə qızıl rəqəmlərlə yazıldığını qürurla söylədilər.

Sinif rəhbəri Sahilə Muradova çıxış edərək Ordumuzun əsgər və zabitlərinin Ali Baş Komandan İlham Əliyevin ətrfında yumruq kimi birləşərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə düşmənə sarsıdıcı zərbələr endirdiyini şagirdlərin diqqətə çatdırdı. Azərbaycan Ordusunun yeni tarix yazdığını, 44 Günlük Vətən müharibəsindəki qələbəsinin hələ uzun müddət nəinki regionda, dünyanın bir çox ölkəsində müzakirələrə çevriləcəyini söylədi.

 Məktəbin sinifdənxarıc və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Sevda Rzayeva çıxış edərək 19 sentyabr 2023 – cü ildə ermənilərin törətdiyi mina terroru nəticəsində polis əməkdaşlarının həlak olmasından sonra Azərbaycanın Qarabağda “lokal antiterror tədbirləri”nə başladığını bildirdi və 23 saat 43 dəqiqə ərzində erməni hərbi dəstələrinin təslim olduğunu vurğuladı. Beləliklə,  bu qələbənin xalqımızın növbəti zəfəri kimi tariximizin şanlı səhifəsinə yazıldığını söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi