“15 sentyabr – İlk dərs və Bilik Günü”

“15 sentyabr – İlk dərs və Bilik Günü” – əslində bu iki məqamın eyni tarix altında birləşdirilməsi çox təbiidir, çünki bilik tədrisin məntiqi nəticəsidir.

Hər il olduğu kimi bu il də məktəb bilik gününü böyük sevinc və qürurla qarşıladı. Tədbirdə məktəb rəhbərliyi, BŞTİ – nin əməkdaşı Qızılgül Muradova, pedaqoji heyət, təqaüdçü müəllim Raya Vəliyeva, məktəbin məzunları, valideynlər və şagirdlər iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevinc Musayeva qonaqları, tədbir iştirakçılarını, məktəbə ilk qədəmlərini  qoyan birinciləri salalmlayıb ürək sözlərini, arzularını söylədi.

Bu ilki tədris ili Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini təsadüf etdiyini xüsusi vurğulayan tədbir aparıcıları Ümummilli liderin müstəqil Azərbaycan dövlətinin quruculuğunda göstərdiyi xidmətlərdən fəxrlə danışdılar.

Birincilərin rəqsi , şeirləri tədbirə xüsusi rəng qatdı. BŞTİ – nin əməkdaşı Qızılgül Muradova çıxış edərək “15 sentyabr Bilik Günü” münasibətilə iştirakçıları təbrik edərək öz səmimi arzularını bildirdi.  

Sonra bu il məktəbin 35 illik yubileyi olduğunu qeyd edən Sevinc Musayeva məktəbin ilk məzunlarına və onları yetişdirən müəllimlərə söz verdi. Məzunlar məktəbin onların həyatındakı rolundan danışdılar. 1988 – ci ildən məktəbdə çalışan təqaüdçü müəllim Raya Vəliyeva tədbir iştirakçılarını salamlayaraq onlara təsil uğurları arzuladı.

Tədbirdə 2022 – 2023 – cü tədris ilində yüksək nəticə göstərərək tələbə adını qazanan abituriyentləri təbrik etdilər. Ötən tədris ilindəki məzunların 70 % - nin respublikanın, eləcə də ölkədən kənarda ali məktəblərdə təhsillərini davam etdirmələri tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Məzunlardan məktəb üzrə yüksək nəticə göstərən  Coşqun Nəcəfovun valideyni çıxış edərəkpedaqoji heyətə dərin təşəkkürünü bildirdi.

Tədbir “Yaşa Azərbaycan” mahnısı ilə başa çatdı.

İlk zəng çalınması ilə birincilər sevinclə sinif otaqlarına qədəm qoydular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi