Məktəbin şagirdi təhsilini Füzuli rayonunda 1 nömrəli tam orta məktəbdə davam etdirəcək
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.
Çox sevindirici haldır ki, məktəbin VII sinif şagirdi Məryəm Məmmədzadə də işğaldan azad olunmuş torpaqlarda, öz ata baba yurdunda təhsilini həmin məktəbdə davam etdirəcək. Bu gün məktəb kollektivi Məryəm Məmmədzadəni böyük sevin hissi ilə həmin məktəbə yola saldılar.
Məktəbin bir qrup müəllimi, Məryəm Məmmədzadə və valideyni məktəbin həyətindəki Şəhidlərin əziz xatirəsinə həsr edilmiş abidəni ziyarət etdilər. Məryəm Məmmədzadəyə müəllimlər tərəfindən simvolik hədiyyələr təqdim olundu.
Məryəm Məmmədzadə və valideyni bütün pedaqoji kollektivə öz təşəkkürlərini çatdırdılar. Onlar məktəbdən xoş təəsüratlarla ayrıldılar.