Bakı şəhəri  təhsil işçilərinin sentyabr konfransı

Sentyabrın 11 – də keçirilən konfransdan öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı önünə çiçəklər düzüblər. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Konfransda iştirak edən Emin Əmrullayev ötən tədris ilində əldə olunan nailiyyətlər, təhsil islahatları, mövcud problemlər və onların həlli istiqamətində görülən işlərdən söz açıb, yeni tədris ilinin əsas hədəflərinə toxunub.

Elm və təhsil naziri çıxışının sonunda yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib.

Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva 2022-2023-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, paytaxtda ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb. Mehriban Vəliyeva növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələri qeyd edib.

Konfrans çərçivəsində nümunəvi fəaliyyətləri ilə seçilən təhsil müəssisələri və bir qrup təhsil işçisi təltif olunub. Konfransda məktəbin informatika müəllimi Mürşüdova Aynur “Son üç ildə şagirdləri müxtəlif yarış və müsabiqələrdə Respublika turunun qalibi olduğuna görə” nominasiyası üzrə Fəxri Fərmanla təlrif olunub.

Məktəbin müəllimini bu təltif münasibətilə təbrik edir, təhsil uğurları arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi