“Son zəng” çalındı!
Bütün məzunların ən şirin, duyğulu və qayğısız günlərinin birləşdiyi məktəb illəri iyunun 14 – də keçirilən "Son zəng"in sədaları altında sona çatdı. Bu zəng ilə 11 – cilər tənəffüs üçün dəhlizə yox, müstəqil həyat üçün yeni mərhələyə qədəm qoyurlar.
“Son zəng” tədbirində Binəqədi Rayonu İcra Hakimiyyətinin Hüquq sektorunun müdiri Vüsalə Eyvazova, məktəb rəhbərliyi, pedaqoji heyyət, məzunlar və onların valideynləri iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Atributlarından biri olan bayrağın gətirilməsi ilə başlayıb, Dövlət Himninin səsləndirilməsi ilə davam etdirildi. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Aparıcılar 2022 – 2023 – cü tədris ili ərzində məktəbin əldə etdiyi nailiyyətləri iştirakçıların nəzərinə çatdırdıar. Tədris ili ərzində məktəbə qələbə, uğur qazandıran müəllim və şagirdlər təşəkkürnamə ilə təltif olundular.
"Son zəng" tədbirlərində məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı maraqlı proqram nümayiş etdirildi.
Çalınan Son zəng onbirinciləri yeni müstəqil həyatla mübarizəyə, müvəffəqiyyətlərə yola saldı.