AlpLogo 2023 - mükafatlandırma

İyunun 11 – də məktəbdə İnformatika dərsliyinin müəllifi, əməkdar müəllim, 283 nömrəli tam orta məktəbin informatika müəllimi Naidə İsayevanın təşkilatçılığı ilə Ramin Mahmudzadənin xatirəsinə həsr edilmiş AlPLogo proqramlaşdıma olimpiadası və "Ən yaxşı üçölçülü model" müsabiqəsinin qaliblərinin mükafatlandırma tədbiri keçirilmişdir. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərbaycan Respublikası Təhsil İnstitutu Tədris Resursları Mərkəzinin direktor müavini İsmayıl Sadıqov, Azərbaycan Respublikası Təhsil İnstitutu Tədris Resursları Mərkəzinin şöbə müdiri Əsgər Quliyev, Paşa Sığorta, İnformasiya Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Cəmşid Naxçıvanski, ADA Universitetinin, School of IT & Engineering  professor Mixayıl Medvedev,  Elm və Təhsil Nazirliyinin eksperti, İdrak liseyinin İnnovativ təhsil texnologiyalar departamentin rəhbəri Gülnarə Səlimova, Elm və Təhsil Nazirliyinin eksperti, 267 nömrəli məktəb-liseyin informatika müəllimi Sənubər Məmmədova, 276 nömrəli tam orta məktəbin informatika müəllimi Əlinazim Mahmudzadə, qaliblər və onların müəllimləri, mərkəz rəhbərləri iştirak edirdilər.

Məktəbin 6b sinif şagirdi Amin Lətifli mükafatlandırılan qaliblər sırasında yer almışdır. Eyni zamanda məktəbin informatika müəllimləri Sahilə Muradova ALPLogo – 2023 proqramalşdırma olimpiadasının və Sketch – Up – 2023 müsabiqəsinin keçirilməsində fəal iştirakına görə, Aynur Mürşüdova ALPLogo – 2023 proqramalşdırma olimpiadasının və Sketch – Up – 2023 müsabiqəsinin keçirilməsində fəal iştirakına və 5 – 7 – ci siniflər arasında keçirilən ALPLogo proqramlaşdırma olimpiadasına şagird hazırladığına görə sertifikatla təltif olundular.

Qalibləri və onların müəllimlərini təbrik edir, onlara yeni uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi