Döndüncülər, monitorinq

İyunun 10-da Elm və Təhsil Nazirliyinin müvafiq sərəncamına əsasən məktəbin Azərbaycan və rus bölmələri üzrə 4 – cü siniflərində monitorinq təşkil olundu. Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.

Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılmışdır. Şagirdlərə təqdim olunmuş tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə etmişdir. Onlar 120 dəqiqə ərzində tədris dili fənni üzrə 30 qapalı sual və riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olundu. 

Monitorinqdə şagirdlərin tam iştirakı təmin olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi