Ulu öndərin 100 illiyinə birincilərin töhfəsi

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq silsilə tədbirlərin davamı olaraq məktəbin ibtidai sinif müəllimi Rəfiqə Əliyevanın təşkilatçılığı ilə 1a sinfində “Ulu öndərin 100 illiyinə birincilərin töhfəsi” adlı ümumməktəb tədbiri keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Balaca fidanların təqdimatındakı Azərbaycan bayrağına – bayrağın rənglərinə, Vətənə, anaya aid şeirlər, mahnılar, səhnəciklər hər kəs tərəfindən alqışlarla qarşılandı.

Birincilər böyük həvəslə bir il ərzində bütün fənlər üzrə əldə etdikləri biliklər, qeyd etdikləri əlamətdar günlər haqqında təəssüratlarını hazırladıqları videoçarx vasitəsilə təqdim etdilər.  Onlar əldə etdikləri nailiyyətlərdə imzası olan müəllimlərinə və valideynlərinə təşəkkürlərini möhtəşəm rəqsləri ilə çatdırdılar.

Sonda çıxış edən məktəb rəhbərliyi tədbirin təşkilində əvəzsiz zəhməti olan Rəfiqə Əliyevaya, valideynlərə və balaca fidanlara öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi