Hərb Tarixi muzeyinə ekskursiya

Məktəblilər üçün “Muzey həftəsi” interaktiv layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinə tabe olan muzeylərə şagirdlərin ödənişsiz ekskursiyaları təşkil olunur. Layihə Ulu öndərin 100 illik yubileyi ilə əlaqədar “Muzeylər və “Heydər Əliyev ili”nə” həsr olunmuşdur. Məqsəd məktəbliləri Ulu öndərin dövlətçilik fəlsəfəsi, azərbaycançılıq ideologiyası, həyat və fəaliyyətinin müxtəlif dövrləri barədə məlumatlandırmaqdır.

Mayın 25 – də məktəbin biologiya müəllimi Nəzakət Məmmədlinin təşkilatçılığı ilə 5a sinif şagirdləri Hərb Tarixi muzeyinə ekskursiya etdilər. Muzeydə əsrlər öncə istifadə edilən silahlardan tutmuş, hazırda Azərbaycan Ordusunda yer alan müasir silahların maketləri və həqiqi vahidləri, İkinci Qarabağ müharibəsi dövründə istifadə edilən silahlar, şəhid hərbçilərimizə məxsus geyimlər, şəxsi əşyalar şagirdlərin marağına səbəb oldu.

Ekskursiya şagirdlər arasında xoş təəssüratlar yaratdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi