8 – ci siniflərdə monitorinq keçirildi
Mayın 23 – də məktəb rəhbərliyinin təşkilatçılığı ilə 8 – ci siniflərdə (Azərbaycan və rus bölmələri üzrə) ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirildi. Monitorinqin keçirilməsində məqsəd mövcud vəziyyəti dəyərləndirmək, şagirdlərin buraxılış fənləri üzrə hazırlıq səviyyələrini müəyyən etmək və tədrisdə zəruri dəyişiklik istiqamətlərini təyin etmək olmuşdur.
Şagirdlər onlara ayrılan zaman müddətində təqdim olunan açıq və qapalı tapşırıqları yerinə yetridilər. Monitorinq bitdikdən sonra sual kitabçaları məsul şəxsə təqdim olundu.