III siniflər üzrə monitorinq
Mayın 17 – də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəbdə III siniflər üzrə monitorinq keçirilmişdir. Monitorinqin keçirilməsində məqsəd III siniflərin Tədris dili, Riyaziyyat və İngilis dili fənlərindən əldə etdikləri bilik və bacarıqların dövlət standartlarına uyğunluqlarını müəyyən etmək və təhlillərin nəticələrinə əsasən standartların reallaşdırılması istiqamətində fənn müəllimlərinə metodik dəstək olmaqdır.
Monitorinq Azərbaycan və rus bölmələri üzrə iki variantda hazırlanmışdır. İlk öncə şagirdlər məsul şəxs tərəfindən təlimatla tanış edildilər, tədris dili və İngilis dili fənlərindən dinləmə materialı texniki problem olmadan təqdim edildi.
Şagirdlər ayrılan zaman müddətində tapşırıqları yerinə yetirdilər. Monitorinqdə şagirdlərin tam iştirakı, obyektivlik və şəffaflıq təmin edildi.