İnşa müsabiqəsi nəticələri
Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3494 nömrəli Sərəncamı”ndan irəli gələn tədbirlərin icra edilməsi məqsədilə aprelin 4 – də məktəbin IX, X və XI sinif şagirdləri arasındakeçirilən “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı inşa müsabiqəsinin nəticlərinə əsasən fərqlənən şagirdlər müəyyən edilib. Fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomla təltif edilib.
Fərqlənən şagirdləri təbrik edir, uğurlar arzu edirik!