“Gənc ekoloqlar” – Sağlam həyat tərzinin komponentləri
6 nömrəli Uşaq – Gənclər İnkişaf mərkəzinin müəllimi, məktəbin “Gənc ekoloqlar” dərnəyinin rəhbəri Lamiyə Musayevanın təşkilatçılığı ilə mayın 4 – də “Sağlam həyat tərzi və onun komponentləri” adlı mövzunun açıq havada tədrisi dərnək üzvləri tərəfindən çox sevildi.
Dərnək rəhbəri Lamiyə Musayeva ilk öncə sağlam həyat tərzinin üstün cəhətləri, faydaları və komponentləri haqqında dərnək üzvlərinə məlumat verdi. Sağlam həyat tərzi tərzinin komponentləri olan sağlam qidalanma, zərərli vərdişlərdən imtina etmə, düzgün yuxu rejimi, müntəzəm motor fəaliyyəti, istirahət, şəxsi gigiyena, fiziki aktivliyin həyatımızdakı əhəmiyyətini rastlaşdığımız sağlıq problemləri üzərində izah etdi.
Dərnək üzvləri açıq havada sağlamlığa faydalı müxtəlif idman hərəkətləri etdilər. Dərsin sonunda təşkil etdikləri piknik şagirdlərdə xoş təəsüratlar yaratdı.