Şagirdlər Azərbaycan Milli Xalça Muzeyində

Təhsilalanların milli – mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədi ilə BŞTİ-nin 13.03.2023-cü il tarixli ”Dəyərlərimizi qoruyaq” layihəsinin icrası ilə bağlı tədbirlər planınına müvafiq olaraq aprelin 19 – da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xuraman Yusifkənanın təşkilatçılığı ilə 6b sinif şagirdləri ilə Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya etdilər.

Şagirdlər muzeydə Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri ilə tanış oldular, xalçaçılıq sənəti haqqında geniş məlumatlar əldə etdilər. Muzeyin yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi olması xəbəri şagirdlərin marağına səbəb oldu.  

Şagirdlər ekskursiyadan xoş təəsüratlarla ayrıldılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi