Bizim sevimli yazıçımız
Aprelin 17 – də “Oxu günü” münasibətilə məktəbin kitabxana müdiri Sevinc Rəhimovanın təşkilatçılığı ilə Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi filoloq, şair, yazıçı, professor Zahid Xəlillə “Bizim sevimli yazıçımız” adlı görüş keçirilmişdi. Azərbaycan Respublikasının Dovlət himni səsləndirilikdən sonra, "Bizim sevimli yazıçımız" adlı tədbiri giriş sözü ilə açan aparıcılar Zahid Xəlilin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdilər. Şagirdlər şairin şeirlərini səsləndirərək ona olan sevgilərini yüksək səviyyədə ifadə etməyə çalışdılar. Məktəbin xor kollektivinin ifasında şairin sözlərinə bəstələnmiş “Göyərcinik biz”, “Göbələklər”, “Əlifba” və. s kimi mahnılar qonaqlarda xoş təəssürat yaratdı. Tədbirdə şagirdlər yazıçının “Güzgü”, “Dovşanın adı”, “İki tənbəl”, “Hə yoxsa bəli” kimi bir – birindən maraqli nağıl və hekayələri əsasında ədəbi kompozisiyalar nümayiş etdirdilər.
Məktəbin direktoru Sevinc Musayeva uşaq ədəbiyyatının canlı əfsanəsi Zahid Xəlilin müəllim və şagirdlərin dəvətini qəbul edərək görüşə gəldiyinə görə və onun gəlişinin şagirdlərdə böyük sevincə səbəb olduğunu bildirərək öz təşəkkürünü bildirdi. Sonda şagirdlər onları maraqlandıran sualları şairə unvanlayaraq, cavabları maraqla dinlədilər.
“Oxu günü”ndə şagirdlərin mütaliə bacarığının formalaşmasında əvəz olunmaz rolu olan şeir və hekayələr müəllifi Zahid Xəlillə görüş, xoş xatirələrlə daima yaddaşlarda qalacaq.