“Heydər Əliyev ili” – sərgi

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin Tədbirlər Planını həyata keçirmək məqsədilə aprelin 14 – də məktəb rəhbərliyinin, ibtidai sinif müəllimlərin, valideynlərin və şagirdlərin iştirakı ilə məktəbin akt zalında “Ulu bi sərkərdə, ulu bir öndər” adlı sərgi keçirildi. Sərginin keçirilməsində əsas məqsəd məktəblilər arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, habelə, böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması, istedadlı şagirdlərin müəyyənləşdirilərək üzə çıxarılması olmuşdur.  

Məktəb rəhbərliyi şagirdlərin duyğu və düşüncələri ilə işlənmiş rəsmlərinə baxış keçirdi. Şagirdlər böyük həvəslə öz işlərini təqdim etdilər.

Sonda məktəb rəhbərliyi sərgini təşkil edən müəllimlərə, müsabiqədə iştirak edən şagirdlərə dərin təşəkkürünü bildirdi. Rəsm işləri fərqlənən şagirdlərə diplomlar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi