“Heydər Əliyev irsini öyrənək” adlı dərs
Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin Tədbirlər Planını həyata keçirmək məqsədilə aprelin 13 – də məktəb rəhbərliyinin, müəllimlərin iştirakı ilə məktəbin tarix müəllimi Şəfiqə Tağıyevanın 8 – ci sinifdə “Heydər Əliyev irsini öyrənək” adlı dərsi dinlənildi. Dərs Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Heydər Əliyevin əziz xatirəsinin 1dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Sonra şagirdlər hazırladıqları təqdimatları nümayiş etdirib, ulu öndərə həsr olunmuş şeirlər səsləndirdilər. Sonda tarix müəllimi Şəfiqə Tağıyeva çıxış edərək ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və zəngin dövlətçilik təcrübəsinə malik olan unikal bir dövlət xadimi olduğunu qeyd etdi. Bildirdi ki, vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün də ümummilli lider sevilərək xatırlanır. Yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad edilir. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsi xalqımız üçün tukenmez sərvətimizdir. Dahi liderin ən böyük arzusu olan torpaqlarımızın işğaldan azad olunmasını gerçəkləşdirən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Böyük Zəfəri ilə tarix yazdi.