“Heydər Əliyev ili” – “Ən yaxşı təqdimat” müsabiqəsi
Aprelin 10 – da məktəb rəhbərliyinin, müəllimlərin və şagirdlərin iştirakı ilə məktəbin 7 – ci sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi təşkil keçirilmişdir. Müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilmişdir.
Müsabiqə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra şagirdlər hazırladıqları təqdimatları nümayiş etdirdilər. Şagirdlərin təqdimatı münsiflər heyəti tərəfindən öncədən təyin olunmuş meyarlar əsasında qiymətləndirildi. I, II və III yerə layiq görülən şagirdlərə diplom, digər şagirdlərə isə iştirakçı setrifikatları təqdim olundu.