“Heydər Əliyev ili” – ağacəkmə aksiyası

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin Tədbirlər Planını həyata keçirmək məqsədilə silsilə tədbirlərin davamı olaraq aprelin 7 – də məktəb rəhbərliyinin, sinif rəhbərlərinin, valideynlərin və şagirdlərin iştirakı ilə məktəbdə ağacəkmə aksiyası keçirildi. Aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühitin mühafizəsinə və ekoloji durumun yaxşılaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyev irsini davam etdirmək, yaşıllaşdırma ənənələrini daha da genişləndirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək olmuşdur.

Aksiya iştirakçıları həyətyanı sahədə məktəbin xor qrupunun musiqi sədaları altında böyük həvəslə çiçək və ağac kolları əkdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi