“Heydər Əliyev məktəblilərin gözü ilə” adlı sinif təşkilat saatı

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin Tədbirlər Planını həyata keçirmək məqsədilə aprelin 7 – də məktəb rəhbərliyinin, müəllimlərin iştirakı ilə məktəbin ibtidai sinif müəllimi Xanım Şirinovanın təşkilatçılığı ilə 4f sinif şagirdləri  ilə “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı təşkilat saatı keçirildi.  Təşkilat saatı Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şagirdlər Ümummilli lider haqqında hazırladıqları informasiyaları təqdim etdilər, şeirlər söylədilər, mahnılar ifa etdilər. Dördüncülər apardıqları araşdırmalarda Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir” deyərək, onların hərtərəfli inkişafında əlindən gələni əsirgəmədiyini, daim məktəbliləri dinləyib onlara müdrik tövsiyələr verdiyini və bununlada hər bir kəsin sevimlisinə çevrildiyinin şahidi olduqlarını qeyd etdilər.

Təşkilat saatının sonunda çıxış edən məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Svetlana Kərimova Xanım Şirinovaya və şagirdlərə təşəkkürünü bildirdi və müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin inkişafı naminə böyük işlər görmüş Ulu Öndər hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət olduğunu iştirakçıların diqqətinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi