Heydər Əliyev Mərkəzinə ekskursiya

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin Tədbirlər Planını həyata keçirmək məqsədilə aprelin 6 – da məktəbin rus bölməsinin ibtidai sinif müəllimi Nailə Mahmudovanın təşkilatçılığı ilə 2d sinif şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər.  Mərkəzin ən cəlbedici hissələrindən olan Heydər Əliyev Muzeyi dizaynı və burada tətbiq olunan yeni texnologiyaları ilə şagirdlərin Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini daha da əyani şəkildə mənimsəmələrinə birbaşa təsir etdi. Belə ki,  Heydər Əliyevin həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi uğurlu siyasi fəaliyyətinin virtual formada təqdim edilməsi şagirdləri həmin dövrdəki hadisələrin canlı iştirakçısına çevirdi.

Şagirdlər muzeydən yüksək təəsüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi