“Heydər Əliyev ili” – şeir müsabiqəsi
Aprelin 6 – da məktəb rəhbərliyinin, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin təşkilatçılığı ilə məktəbin V – XI sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirildi. Şeir müsabiqəsinin keçiriməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında misilsiz xidmətlərini gənclərə aşılamaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir.
Müsabiqənin sonunda çıxış edən məktəbin direktoru Sevinc Musayeva iştirakçılara təşəkkürünü bildirərək müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Elm və Təhsil Nazirliyini müvafiq Tədbirlər Planına əsasən görüləcək işlər haqqında hər kəsi məlumatlandırdı.