“Heydər Əliyev İli” – inşa müsabiqəsi
Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3494 nömrəli Sərəncamı”ndan irəli gələn tədbirlərin icra edilməsi məqsədilə aprelin 4 – də məktəbin IX, X və XI sinif şagirdləri arasında “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı inşa müsabiqəsi keçirilmişdir.
Şagirdlər müvafiq zaman müddətində inşaları yazıb öncədən müəyyən edilmiş məsul şəxslərə təqdim olundu.