31 Mart azərbaycanlıların soyqırım günüdür
Tarixin səhifələrini vərəqlədikcə ermənilərin zaman – zaman azərbaycanlılara qarşı törətdikləri fitnə-fəsadların şahidi oluruq. Son iki yüz ildə xalqımızın başına gətirilən bəlaların əsas səbəbkarı olan daşnaklar qan tökmək, ədavət toxumu səpmək üçün həmişə məqam gözləmiş və fürsət düşən kimi öz məkrli məqsədlərini həyata keçirməyə çalışmışlar.
Martın 31 – də məktəbin akt zalında məktəb rəhbərliyi, müəllimlər və şagirdlərin iştirakı ilə “31 Mart azərbaycanlıların soyqırım günüdür” mövzusunda tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən məktəbin tarix müəllimi Rəhilə Heydərli ermənilərin soyqırım siyasətini Azərbaycan xalqına olmazın fəlakətlər gətirmisini qeyd edərək, soyqırımın tarixi haqqında tədbir iştirakçılarına geniş məruzə etdi. 1918-ci ilin mart – aprel aylarında ermənilərin Quba ilə yanaşı Gəncədə, Lənkəranda və digər bölgələrdə də eyni qəddarlıqla qətlliamlar törətdiyini, bu hadisələrdə təxminən 50 min soydaşımız öldürülməsini, itkin salınmasını söylədi.
Tədbirdə çıxış edən məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Sevda Rzayeva “Qan yaddaşımıza yazılan 31 Mart soyqırımı xalqımızın böyük faciəsidir. 1998-ci ildən başlayaraq hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Biz Vətənimizi dərin məhəbbətlə sevməklə, torpaqlarımızı göz bəbəyi kimi qorumaqla cəmi şəhidlərimizin ruhunu şad etməyə çalışmalıyıq.” söylədi.
Tədbirin sonunda çıxış edən məktəbin direktoru Sevinc Musayevanın səsləndirdiyi “Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır!” fikirlər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.