“İdman həftəsi” – V, sonuncu gün

27 fevral – 3 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçirilməsi nəzərdə tutulmuşdur. "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.

“İdman həftəsi”nin beşinci, sonuncu günü “Mübariz, sağlam və iradəli olmaq üçün idmanla məşğul olmalıyıq” esse yazı, “İnsan həyatında idmanın rolu” təqdimat, “Mükafatlandırma” bəndlərini reallaşdırmaq məqsədilə martın 3 – də yekun proqram həyata keçirildi.

“İdman həftəsi” layihəsinin sonuncu günü məktəb rəhbərliyi, təşkilatçı və sinif rəhbərlərinin təşkilatçılığı ilə “Mübariz, sağlam və iradəli olmaq üçün idmanla məşğul olmalıyıq” esse yazı müsabiqəsi keçirildi. Esse yazı müsabiqəsinin keçirilməsinin əsas məqsədi şagirdlərin sağlamlıqlarını möhkəmləndirmək, onlarda idmana olan marağı artırmaq, ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirməkdən ibarət olmuşdur. Yazı müsabiqəsinin nəticələrinə əsasən fərqlənən şagirdlər mükafatlandırılıb.

Şagirdlər böyük həvəslə məktəbin informatika otaqlarında “İnsan həyatında idmanın rolu” adlı təqdimatın hazırlanmasında iştirak ediblər. Mövzu ilə bağlı təqdimat hazırlayarkən şagirdlər internet üzərindən axtarış edərək informasiya bazalarını zənginləşdirməklə yanaşı eyni zamanda kompüterdə praktik iş bacarıqlarını daha da təkmilləşdirmiş oldular.  Şagirdlərin hazırladıqları təqdimatlara baxış keçirilərək fərqlənən işlər nümayiş etdirildi.

“İdman həftəsi” layihəsinin yekunu olaraq “Mükafatlandırma”da Yasamal rayonu 13 nömrəli tam orta məktəbin direktoru Yaqut Sadıqova, 182 nömrəli tam orta məktəbin direktoru Ziniyət Tağıyeva və hər iki məktəbin idman nailiyyətləri olan şagirdləri iştirak etdilər. “İdman həftəsi” layihəsi çərçivəsində əməkdaşlıq edən hər üç məktəbin idmançı şagirdləri baş tutacaq növbəti layihələrdə də bu əməkdaşlığın davam edəcəyinin faydalı olacağını bildirdilər.

“Mükafatlandırma” II Qarabağ müharibəsinin şəhidlərinin əziz xatirəsinə yaradılmış abidənin ziyarəti ilə başladı. Məktəbin foyesində xor qrupunun və X sinif şagirdi Əli Eyvazovun ifasında səsləndirdikləri “Azərbaycan” mahnısı hər kəs tərəfindən alqışlarla qarşılandı.

Məktəbin idman zalında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra “İdman həftəsi” layihəsi çərçivəsində həftə boyunca təqdim olunan maraqlı oyunlar, müxtəlif növ idman hərəkətləri nümayiş etdirildi. Nümayiş etdirilən oyunlarda, hərəkətlərdə hər üç məktəbin şagirdləri bir – biri ilə informasiya mübadiləsi edərək, maraqlı və faydalı yanaşmaları ilə diqqət çəkdilər.  

“İdman həftəsi” layihə boyunca aktiv iştirak edən müəllimlərin, şagirdlərin mükafatlandırılması ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi