“İdman həftəsi” – IV gün

27 fevral – 3 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçirilməsi nəzərdə tutulmuşdur. "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.

“İdman həftəsi”nin dördüncü günü “Şən startlar”,  “Basketbol yarışı”, “Qol güləşi” bəndlərini reallaşdırmaq məqsədilə martın 2 – də öncədən tərtib olunmuş proqram həyat keçirildi.

Məktəbin fiziki tərbiyə müəllimlərinin  təşkilatçılığı ilə III – IV, VI – VII sinif şagirdləri ilə “Şən startlar” estafet yarışları təşkil edildi.  İlk öncə fiziki tərbiyə müəllimləri uşaqların çoxşaxəli şəxsiyyətinin formalaşmasında açıq hava oyunlarının əhəmiyyətindən,  sürət, çeviklik, güc, dözümlülük, elastiklik və ən əsası, bu fiziki keyfiyyətlərin kompleks şəkildə inkişaf etdirilməsində əvəzsiz rolunu şagirdlərin nəzərinə çatdırdı. Sonra intensiv hərəkətlərin bir neçə dəfə təkrar olunması ilə şagirdlərin motor fəaliyyətini inkişaf edtirən estafet oyunlarına start verildi. İbtidai sinif şagirdləri arasında keçirilən estafet oyunları şagirdlər arasında yüksək rəqabət hissi ilə xoş təəsüratlar yaratdı.

“Basketbol yarışı”nda məktəbin müəlimlərindən təşkil olunmuş “Zirvə” və “Zəfər” komandaları və VII sinif şagirdləri arasında yarış keçirildi. Keçirilən yarışlarda “Zəfər” komandası qalib gələrək kubok qazandılar.

        Yetişməkdə olan nəsli sağlam idmana cəlb etmək məqsədilə şagirdlər arasında “Qol güləşi” yarışı təşkil olundu.

       İdman həftəsi davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi