1 Mart – Ümumdünya Mülki Müdafiə Günü
Martın 1 – də məktəbdə “1 Mart Ümumdünya Beynəlxalq Mülki Müdafiə Günü” qeyd olundu. Məktəbin Mülki Müdafiə tədbirlər Planına əsasən “Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş 2, 5, 6 – cı siniflər üzrə maarifləndirici dərslər, görüşlər, tədbir keçirildi. Keçirilən maarifləndirici görüşlərdə, dərslərdə Mülki Müdafiə rəhbəri məktəbin direktoru Sevinc Musayeva, Mülki Müdafiə Qərargahının rəisi Svetlana Kərimova, təlim – tərbiyə işləri üzrə direktor müavini Nuridə Qarayeva, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri təşkilatçı Sevda Rzayeva və məktəbin hərbi rəhbəri Dərgah Əliquliyev iştirak etdilər.
İlk öncə məktəbin hərbi rəhbəri Dərgah Əliquliyev məktəbin tibbi sanitar heyyəti ilə maarifləndirici görüş keçirərək yanğın, zəlzələ, qasırğa və s. kimi təbii fəlakətlər zamanı təxliyə olunma, ilk tibbi yardım haqqında hansı tədbirlərin görülməsi ilə bağlı onlara əməli – nəzəri məlumatlar verdi. Sonra səhər saat 9:00 – da həyəcan siqnalı verildi və məktəbin şəxsi heyyəti təxliyə edildi, xəsarət alanlara ilikin tibbi yardım göstərilərək hadisə yerindən kənarlaşdırıldılar.
Tədbirdə Mülki Mudafiənin rəhbəri Sevinc Musayeva tədbiri açaraq şagirdlərə Mülki Müdafiənin əhəmiyyəti, vəzifələri, fövqəlada hallara qarşı necə hazırlıqlı olmağın yolları haqqında məlumat verdi. Məktəbin Mülki Müdafiə qərərgahının rəisi Svetlana Kərimova Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkişaf yolu Azərbaycan bu təşkilata nəzaman daxil olub və bu təşkilata daxil olduqdan sonra rolu rolu barəsində tədbir iştirakçılarına məlumat verdi.
Sonda II, V, VI siniflərdə keçilən mülki müdafiə dərsləri dinlənildi. Ayrı – ayrı siniflər üzrə keçirilən dərslərdə Azərbaycan bölməsi üzrə 2e və6f sinifləri, rus bölməsi üzrə 2d sinfi nümunəvi dərslərinə görə fərqləndilər. Dərslərdə fevralın 6 – da Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən təbii fəlakət qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər yanğın, zəlzələ, daşqın, uçqun, qasırğa və s. kimi təbii fəlakətlər zamanı hansı tədbirlərin görülməsi ilə bağlı bilgilərini zənginləşdirdilər, təbii fəlakət baş verərsə, ilkin tibbi yardım, xilasetmə işlərini əks etdirən təqdimatlar, rəsmlər nümayiş etdirdilər, səhnəciklər təqdim etdilər.